"Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub".
Modern.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda onlayn çıxışı zamanı deyib.
“Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir” - deyə V.Putin bildirib.