“Orden və medallarla bağlı bəzi texniki səhvlər var. Mən bunları demək istədim. Səs verməməyimin də səbəbi budur”.
Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa bildirib.
Fazil Mustafanın fikirlərinə parlamentin birinci vitse-spikeri Əli Hüseynli münasibət bildirib:
“Təxmini bilirəm nələri nəzərdə tutursuz. Ordenlər, onların düzülüşü tam yerindədir. Bunları müzakirə etmək olar”.