Modern.az

Səfirlə nazir arasında Qarabağ müzakirəsi

Səfirlə nazir arasında Qarabağ müzakirəsi

2 Dekabr 2020, 21:13

Dekabrın 2-də Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov ilə görüşüb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə rəsmilər ikitərəfli münasibətlərlə bağlı gündəlikdə duran məsələləri və Qarabağ bölgəsindəki son vəziyyətə dair fikir mübadiləsi aparıb.

 

Həmsöhbətlər Kişineu və Bakının diplomatik qurumlarının rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunan razılaşmaya əsasən iki ölkənin Xarici İşlər Nazirlikləri arasında dialoqa və ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə dair gələcəkdə ikitərəfli siyasi münasibətlərin dərinləşdirilməsi potensialını müzakirə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok