Bakıda piyadanın vurulması ilə bağlı iki yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisədən biri Xocahəsən qəsəbəsində qeydə alınıb.
Yolu keçən 1993-cü il təvəllüdlü Zərnişan İlqar qızını (soyadı dəqiqləşdirilir-red) minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Onun meyiti aidiyyəti üzrə ekspertizaya təhvil verilib (report).
Digər hadisə isə Nərimanov rayonunda qeydə alınıb.
“Şərq bazarı”nın qarşısında yolu keçən 2003-cü il təvəllüdlü İsmayılova Nəzrin Emil qızını avtomobil vurub. Müxtəlif xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.