İsrailin paytaxtı Tel-Əviv və Qüdsdə ölkənin baş naziri Benyamin Netanyahunun istefası tələbi ilə aksiya keçirilib.
Modern.az "Maariv"ə istinadla bildirir ki, etirazçılar baş nazirin iqamətgahına gedən yolları bağlamağa çalışıb. Bu görən asayiş keşikçiləri aksiya zamanı fəallıq göstərən üç nəfəri saxlayıb. Polis aksiyanı dağıda bilib.
Etirazçılar Netanyahunu külli miqdarda rüşvət almaqda, eyni zamanda, koronavirusla mübarizədə lazımı addımlar atmamaqda ittiham edib.