Modern.az

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Aktual

27 Dekabr 2020, 09:10

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et