Modern.az

Qaxda 51 yaşlı kişi intihar etdi

Qaxda 51 yaşlı kişi intihar etdi

Aktual

27 Dekabr 2020, 12:07

Qaxda intihar hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb. Belə ki, Qax şəhərinin Şeyx Şamil küçəsində yaşayan 1969-cu il təvəllüdlü Məhəmmədov Alim Nazir oğlu özünü yaşadığı həyətdə köməkçi tikilidən asaraq intihar edib.

 

A.Məhəmmədovun özünü hansı səbəbdən asdığı hələlik məlum deyil.

 

Rayon sakinlərinin dediyinə görə, A.Məhəmmədov evdə tək yaşayırdı və içki aludəçisi idi. ("Qafqazinfo")

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et