Bu il STAR neft emalı zavodu götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirib.
Modern.az-ın məlumatına görə, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri, "Petkim"in baş direktoru Anar Məmmədov azərbaycanlı jurnalistlər üçün keçirilən onlayn mətbuat konfransında bildirib.
A.Məmmədov həmçinin əlavə edib ki, "Petkim” və STAR-ın kreditlərinin ödənilməsində heç bir problem yaşanmayıb:
"Düşünürəm ki, gələn il də ödənişləri vaxtında həyata keçirməklə bağlı problemimiz olmayacaq".
Onun sözlərinə görə, neft emalı zavodunun inşasına cəlb edilmiş kredit üçün 2021-ci ildə 361 milyon ABŞ dolları ödəniş həyata keçiriləcək.