Modern.az

ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ-dan İrana yeni sanksiyalar

13 Yanvar 2021, 23:41

Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi qərar verib.

 

Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.

 

İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok