Modern.az

Hərbi helikopter qəzaya uğradı

Hərbi helikopter qəzaya uğradı

Aktual

16 Yanvar 2021, 20:44

Filippində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

 

Modern.az “Manila Bulletin”ə istinadla xəbər verir ki, hadisə Bukidnon əyalətinin dağlıq kəndlərindən birinin ərazisində baş verib. Qəza zamanı helikopterdə iki pilot, iki heyət üzvü və üç sərnişin olub, onların hamısı həlak olub.

 

Qeyd edilir ki, helikopter ordu briqadasının ehtiyatın təminatı üzrə missiyanı yerinə yetirirmiş.

 

Helikopter tamamilə dağılıb, hazırda qəza ərazisində axtarış əməliyyatı aparılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok