Modern.az

Təhlükəli virus Çinə də çatdı

Təhlükəli virus Çinə də çatdı

21 Yanvar 2021, 04:17

Çinin paytaxtı Pekin şəhərində ilk dəfə koronavirusun “Britaniya ştammı” aşkar edilib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pekin şəhərinin Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktor müavini Pan Sinxo bildirib.

 

P.Sinxo bildirib ki, şəhərin Dasin rayonunda “Britaniya ştammı”na iki təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

 

Rəsmilər həmçinin son 14 gündə Dasin rayonunda olmuş hər kəsi dərhal koronavirusun nuklein turşusu testindən keçməyə və test cavabları hazır olana qədər şəhərdə və ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün Pekindən ayrılmamağa və çox sayda insanla əlaqə qurmamağa çağırıblar.

 

Qeyd edək ki, koronavirusun "Britaniya ştammı" sürətlə yayıldığına görə təhlükəli hesab olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var