Yevlax rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Modern.az xəbər verir ki, 2 VAZ və 1 "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə "Mercedes" markalı avtomobildə olan sərnişinlər, Füzuli rayon sakini, 1952-ci il təvəllüdlü Məhlüqə Həsənova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Həşimova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.