Modern.az

Bakıda küçəyə atılmış uşaq tapıldı

Bakıda küçəyə atılmış uşaq tapıldı

Aktual

3 Mart 2021, 00:25

Bakıda kimsəsiz azyaşlı tapılıb.

 

Modern.az xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.

 

Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

 

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.

 

Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər (apa).

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok