Ötən il dövlət qeydiyyatından yeni keçən 366 adda dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında vurğulanıb.
Hesabata görə, bununla da ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 12,1 minə çatdırılıb.
Hesabat dövründə ölkəmizə idxal üçün təqdim edilmiş 31002 sayda dərman vasitəsinin analizi aparılıb, bunlardan 31.0 min ədədinə müsbət, 6-na mənfi rəy verilib. 1.3 minə yaxın dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 850 dərman vasitəsi qeydiyyat və qeydiyyat proseduruna , 1.5 mindən çox dərman vasitəsi ilkin ekspertizaya qəbul olunub.
915 dərman vasitəsinin qeydiyyat sənədlərində dəyişikliklər aparılıb, 1.4 min müsbət rəy verilib, 1.6 min içlik vərəqəsi və 2.7 min dərman vasitəsinin qablaşdırılması təsdiqlənib.
2020-ci ildə 2.5 min ədəd bioloji fəallığa malik qida əlavələrinin nümunəsi analiz edilib, bunlardan 2.4 min adda nümunənin analizi müsbət nəticəli olub, 150 adda nümunənin analizi mənfi nəticə ilə cavablandırılıb.