Modern.az

Şairlərin qayıdışında problem yaranıb

Şairlərin qayıdışında problem yaranıb

5 Sentyabr 2012, 12:37

İranda 3 aydan çox həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin  bu gün Azərbaycana qayıtması gözlənilsə də onların sənədlərində problem yaranıb. Bu barədə Modern.az-a Şəhriyar Hacızadənin atası Mail Hacızadə məlumat verib. O, bildirib ki,hazırda şairlər Azərbaycanın Təbrizdəki konsulluğundadırlar.

“Mən bir qədər öncə onlarla əlaqə saxladım. Bildirlər ki, Azərbaycana gəlmələri üçün sənədləri yerində deyil. Hazırda konsulluq bununla bağlı iş aparır. Hələki onlar Təbrizdən çıxmayıblar, bildiriblər ki, sənədlər həll olunarsa bu gün gələcəkləri gözlənilir”, -deyə M.Hacızadə bildirib.

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunmuşdular.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var