Modern.az

ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq

ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq

13 Aprel 2021, 08:38

ABŞ Prezidenti Co Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın rəhbərliyi dövründə K.Uormut Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

 

O, həmçinin, Ağ Evin Milli Təhlükəsizlik Şurasında da işləyib.

 

Bundan əvvəl K.Uormut Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok