Türkiyədə son sutkada koronavirusdan 346 nəfər (ötən gün 341 nəfər) vəfat edib.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu gün ölkədə 61 028 nəfərdə (ötən gün 55 149 nəfər) virus aşkarlanıb.
Bu gün sağalanların sayı isə 55 592-dir.
Hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3375 nəfərdir.