Yerevanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Nikol Paşinyana qarşı şikayətini qəbul edib.
Modern.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, R.Koçaryan N.Paşinyanı böhtan və iftirada ittiham edib.
Qeyd olunur ki, iddia ərizəsi R.Koçaryanın vəkilləri tərəfindən aprel ayında təqdim edilib.
Sabiq prezident Nikol Paşinyandan 4 min dollar məbləğində təzminat tələb edir.