Modern.az

Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi

Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi

6 May 2021, 16:16

Onlayn Dünya Peyvənd Konqresində alimlər “Moderna” vaksininin koronavirusa qarşı ən yaxşı peyvənd olduğunu elan edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da və bir sıra digər ölkələrdə istifadə edilən lisenziyalı “Moderna” peyvənd reytinqində birinci olub.

 

“Moderna” peyvəndi eyni zamanda konqres təşkilatçıları tərəfindən “Ən Yaxşı Yeni Peyvənd Texnologiyası/Platforması” seçilib. Bu kateqoriyada da o, “BioNtech”, “Inovio”, “Janssen”, “Medicago”, “Novavax”, “Vaccitech” və “GeneOne Life Science” peyvəndlərini qabaqlayıb. Lakin qalibin hansı parametrlər əsasında seçildiyi göstərilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok