Modern.az

Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi

Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi

Aktual

7 May 2021, 20:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə “Sputnik V” koronavirus peyvəndinin böyük həcmdə tədarükü və birgə istehsalını müzakirə edib. 

 

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

 

“Putinlə Rusiyanın “Sputnik V” peyvəndi haqqında danışıqlar apardıq, bu peyvənddən ciddi həcmdə tədarük edəcəyik. Sonra Türkiyədə birgə istehsalına başlayacağıq”, - Türkiyə Prezidenti deyib.

 

Qeyd edək ki, Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndinin istifadəsinə ümumi əhalisi 3.2 milyard nəfərdən çox olan 64 ölkədə icazə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir