Modern.az

Cıdır düzü, Gövhər ağa məscidi, Vaqifin məqbərəsiƏrdoğan Şuşada daha haraları gəzəcək...

Cıdır düzü, Gövhər ağa məscidi, Vaqifin məqbərəsi… - Ərdoğan Şuşada daha haraları gəzəcək...

Aktual

15 İyun 2021, 13:10

Bu gün səhər Bakıdan Qarabağa yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinin rəsmi proqramı açıqlanıb

Modern.az-ın məlumatına görə, proqram aşağıdakı ardıcıllıqla icra olunacaq:

15:45-16:00  - rəsmi qarşılanma mərasimi

16:00-16:30 - Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş

16:30-17:00 - Türkiyə -Azərbaycan arasında rəsmi sənədlərin imzalanma mərasimi və birgə mətbuat konfransı

17:00-18:00 - Prezidentlərin şəhər turu və Şuşanın məşhur yerlərinin ziyarəti

18:00-18:30 - Vaqif məqbərəsinə və Cıdır düzünə ziyarətlər.

 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.

Rəcəb Tayyib Ərdoğan sabah Bakıdakı Olimpiya stadionunda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Uels-Türkiyə oyununu da canlı izləyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok