Modern.az

Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan

Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan

Aktual

30 İyul 2021, 16:13

Türkiyənin fərqli bölgələrində baş verən meşə yanğınlarının səbəbinin öyrənilməsi ilə bağlı araşdırmalar davam edir. Burada hər hansı bir təxribatın olub-olmadığı ciddi şəkildə öyrənilir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

 

Dövlət başçısı diqqətə çatdırıb ki, yanğınların söndürülməsində helikopterlərdən istifadə olunur. Pilotsuz uçan aparatlar vasitəsilə yanğın nöqtələri izlənilir. 71 yanğından 57-si artıq nəzarət altına alınıb. Digər 14 nöqtədə yanğının lokallaşdırılması istiqamətində işlər davam edir.

 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda ölkə üzrə tətbiq olunan vaksinlərin sayı 72 milyonu ötüb. Türkiyə bu göstərici ilə pandemiyaya qarşı mübarizədə ön sıralardadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir