Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb. Ona hər hansı məzmunda ittiham verilməyib:
"Barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib".