2012-ci il ərzində olacaq tək və yeganə Günəş tutulması çərşənbə axşamından çərşənbəyə keçən axşam baş verəcək. Modern.az RİA-Novosti-yə istinadən bildirir ki, ayın kölgəsinin xətti Sakit oken üzərindən keçəcək Quruda isə Günəş tutulmasını sadəcə Avstraliyanın şimalında izləmək mümkün ola biləcək.
Qrinviç rəsədxanasının verdiyi məlumata əsasən, Günəş tutulması 13 noyabr saat 19:37-də, Yer Ayın yarımkölgəsinə toxunanda başlayacaq. Təqribən 1 saat sonra 20:35 də Ayın kölgəsi öz yoluna Avstraliyanın şimal adalarından, Darvin şəhərindən təqribən 150 km qerbə doğru olan noqtədən başlayacaq. Daha sonra isə kölgə Karpentariya boğazıyla kəsişərək, yenidən quruya Kvinslendə qayıdacaq. Ay kolgəsinin öz istiqamətində rastlaşacaği ən böyük şəhər tutulmanın paytaxtı Avstraliyanin Qərb yarımadasında yerləşən və 150 min əhalisi olan Kerns şəhəri olacaq.