ABŞ dövlət katibi Hillari Klinton Barak Obama ikinci dəfə prezident seçildikdən sonra tutduğu postanda gedəcəyini bildirmişdi. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Klinto bundan sonrakı planlarını açıqlayıb.
2016-ci ildəki prezident seçkilərində namizəd ola biləcəyi deyən Hillari Klinton siyasətdən uzaq sakit həyat yaşamaq istədiyini bildirib. Dövlət katibi yalnız yatmaq, məşq etmək və səyahət etmək istədiyini dilə gətirib.
20 ildir istirahət etmədiyini deyən ABŞ rəsmisi gələcər kariyerasında aparıcı olmaq istəyini də gizlətməyib. Klinton bildirib ki, o, gələcəkdə televiziya kanallarının birində aparıcı kimi də fəaliyyət göstərə bilər.
Modern.az