Milli Məclisdə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı Modern.az-a bildirib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək, Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
A.Osmanqızının sözlərinə görə, həmin günlər hər il bayram kimi qeyd olunacaq:
“Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”.