Modern.az

Sevinc Həsənova deputatların suallarını CAVABLANDIRIR

Sevinc Həsənova deputatların suallarını CAVABLANDIRIR

Aktual

23 Noyabr 2021, 15:55

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deputatların suallarını cavablandırıb.

 

Modern.az xəbər verir ki, xanım nazir müavini qiymət artımı ilə bağlı səslənən suallara bu cür cavab verib:

 

"Bir sıra mallar var ki, onların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dövlət büdcəsinin imkanları nəzərə alınmaqla bu qiymətlərin daha məqbul saxlanmasına çalışılır. Dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərinin süni artmasının qarşısını almaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda mütəmadi monitorinqlər aparılır.

 

Əhali üçün ən çox zəruri olan 86 adda ərzaq məhsulları, 51 adda tikinti materiallarının qiymətləri ilə bağlı monitorinqlər və təhlillər aparılır. İstehlak bazarımızda aparılan təhlillər və müşahidələr də göstərir ki, qiymət artımının səbəbi idxal məhsullarıdır. İstehsalda idxal xammalına əsaslanan mallarda qiymət artımı müşahidə edilir. Eyni zamanda, daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok