Modern.az

Deputatdan ov turizminin qanuna daxil edilməsilə bağlı TƏKLİF

Deputatdan ov turizminin qanuna daxil edilməsilə bağlı TƏKLİF

Aktual

14 Dekabr 2021, 12:50

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında turizm haqqında gedən müzakirələr zamanı bəzi məsələləri qeyd edib.

 

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, "Ov turizmi’ ifadəsinə “Turizm haqqında” qanun layihəsində yer verilməyib:

 

"Bu ifadənin qanun layihəsinə daxil edilməsinə ehtiyac var"

 

Deputat turistlərin aldadılması məsələsinə də toxunub:

 

"Turisti aldadan, dələduzluq edə şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.

 

Deputat təyyarə qiymətlərinin baha olması problemini qaldırıb:

 

“Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var