Modern.az

Məqsəd media nümayəndələrinin hüquqlarını qorumaqdır 

Məqsəd media nümayəndələrinin hüquqlarını qorumaqdır 

Aktual

14 Dekabr 2021, 16:10

"Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Komitə sədrinin sözlərinə görə, hazırda yeganə məqsəd Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.

 

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, biz bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla danışıb:

 

“Tarix müəyyənləşdiriləcək və yenə də media nümayəndələri ilə müzakirələr davam etdiriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok