Azərbaycanda ən sürətli mobil interneti təqdim edən Azercell şirkəti 17 dekabr 2012-ci il tarixindən etibarən bütün abunəçiləri üçün Limitsiz İnternet paketlərini istifadəyə verib. Artıq Fakturalı və Fakturasız Xətt abunəçiləri “1 saat”, “3 saat” və “Həftəsonu” tarif paketlərindən yararlana bilərlər. Adlarından göründüyü kimi, bu tarifləri sifariş etməklə 1 saat, 3 saat, həmçinin şənbə və bazar günləri internetdən limitsiz istifadə etmək mümkündür.
İstənilən Limitsiz İnternet paketini sifariş etmək üçün açar sözünü 2525 qısa nömrəsinə göndərmək lazımdır. Əgər “Həftəsonu” paketi üçün sifariş həftə arası (Bazar ertəsi – Cümə günləri) göndərilibsə, onda limitsiz trafik həmin həftənin Şənbə günü saat 00:00-dan Bazar günü saat 23:59:59-a qədər istifadə oluna bilər. Əgər sorğu Şənbə-Bazar günlərində göndərilibsə, onda limitsiz internet paketi həmin həftənin Bazar günü saat 23:59:59-a qədər istifadə edilə bilər. “Həftəsonu” Limitsiz İnternet paketinin qiyməti 2.4 AZN təşkil edir. “1 saat” paketinin qiyməti 0.4 AZN, “3 saat” isə 1 AZN-dir. Fakturasız xətt abunəçilərinin qiymətinə ƏDV daxildir.