Modern.az

Parlamentdə yenə dava düşdü – FOTO

Parlamentdə yenə dava düşdü – FOTO

19 Dekabr 2012, 23:45

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir qrup deputat arasında dava düşüb. Modern.az türk mətbuatına istinadən bildirir ki,TBMM bu gün keçirilən iclasında BDL-li deputatlarla hakim Partiya (AKP) təmsilçiləri arasında gərgin anlar yaşanıb. Parlamentin iclasında çıxış edən BDP-li deputat Sırrı Sakık hökuməti sərt tənqid edib. Deputatın tənqinlərinə cavab verən AKP rəsmisi Məhmət Mətinərin çıxışından sonra tərəflər bir-birlərinin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Mübahisəyə BDP-nin və eləcə də AKP-nin parlamentdə təmsil olunan nümayəndələrinin qarışması vəziyyəti daha da gərginləşdirib.  

Bir anlıq döyüş meydanına dönən parlamentdə deputatların davası ilə əlaqədar iclasında fasilə elan edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir