Modern.az

Fövqəladə Hallar Nazirliyi 8 nəfəri xilas edib

Fövqəladə  Hallar Nazirliyi 8 nəfəri xilas edib

Aktual

20 Dekabr 2012, 09:52

Sumqayıt şəhəri, Yaşma bağları massivində bəzi ərazilər, o cümlədən, bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi qarın intensiv əriməsi nəticəsində su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 8 nəfəri xilas ediblər. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür. Məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok