Modern.az

Doğuş xəstəxanada olmayıb - Ölən yeniyetmə və körpəsilə bağlı AÇIQLAMA

Doğuş xəstəxanada olmayıb - Ölən yeniyetmə və körpəsilə bağlı AÇIQLAMA

Aktual

8 Fevral 2022, 10:30

Bakıda 3 saylı Şəhər Klinik Xəstəxanasında yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsinin öldüyü bildirilib.

 

3 saylı Şəhər Klinik Xəstəxanasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetmə aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya gətirilib.

 

Məlumatda bildirilir ki, doğuş xəstəxanada baş verməyib:

 

“Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Orada həkimlərin səyinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Doğuş  3 saylı Şəhər Klinik Xəstəxanasında olmayıb”.

 

Qeyd edək ki, Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

 

Araşdırmalar nəticəsində 15 yaşlı G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir