Modern.az

Bu gün Nigar Yaqublunun məhkəməsi olacaq

Bu gün Nigar Yaqublunun məhkəməsi olacaq

Aktual

21 Fevral 2013, 13:33

Bu gün Müsavat Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun apelyasiya məhkəməsi olacaq. Nigar Yaqublunun vəkili Adil İsmayılovun Modern.az-a verdiyi məlumata görə, işə bu gün saat 15:00 radələrində Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Proses hakim Mübariz Zeynalovun sədrliyi ilə keçiriləcək.   

Xatırladaq ki, N. Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasında qəzasında təqsirli bilinərək məhkum olunub. O, Cinayət Məcəlləsinin 283.2-ci maddəsi ilə ittiham olunur. N.Yaqublu hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir