Modern.az

Putinlə Zelenskinin görüş təklifinə Kremldən REAKSİYA

Putinlə Zelenskinin görüş təklifinə Kremldən REAKSİYA

Aktual

8 Avqust 2022, 13:56

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi üçün zəmin yoxdur.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlə bağlı təklifinə münasibət bildirərkən deyib.

 

O, danışıqların nümayəndə heyətlərinin görüşündən sonra mümkün ola biləcəyini söyləyib.

 

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçiyə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə Ukrayna dövlət başçısı ilə görüşməsini təklif edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir