Modern.az

Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb

Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb

Aktual

Bu gün, 08:54

Havanın temperaturunun kəskin aşağı düşməsi Azərbaycanın bir sıra dağlıq və dağətəyi ərazilərində güclü qar yağması ilə müşayiət olunub.

Modern.az APA-ya istinadən xəbər verir ki, ötən gecədən etibarən Şamaxı rayonunun Dəmirçi və digər dağlıq kəndlərinə, İsmayıllının dağətəyi yaşayış məntəqələrinə güclü qar yağıb.

Qəbələ rayonunun Laza, Duruca və Qəmərvan kəndlərində də intensiv qar yağışı müşahidə edilib.

Hazırda Qəbələnin bəzi ərazilərində qar yağması davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri