“Niyə bu iki ildə hücum dronları almamışıq?” - Köçəryan

“Niyə bu iki ildə hücum dronları almamışıq?” - Köçəryan

28 Sentyabr 2022, 13:08

Ermənistanın eks-prezidenti Robert Köçəryan hesab edir ki, 254 milyon dram müqabilində hərbi xidmətdən azad edilmə qərarı ordu üçün dağıdıcı proses olacaq.


Modern.az xəbər verir ki, o bunu İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
 

Eks-prezident Ermənistanın verdiyi itkilərin nisbətini anlamadığını deyib.
 

“Əsgər müdafiə olunsaydı, bizdə belə nisbət olmamalı idi. Mənə aydın deyil ki, niyə biz iki ildir ciddi sərhədlər tikməmişik”, - Ermənistanın ikinci prezidenti


Robert Köçəryan iddia edir ki, Ermənistan 44 günlük müharibədən heç bir dərs götürməyib.
 

“Niyə iki il ərzində hücum dronlarımız yoxdur? Hakimiyyətdəkilər deyirlər ki, pul var. İnanmayın ki, silah əldə etmək mümkün deyil, bu problem deyil”.


Onun fikrincə, Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün iki il ərzində İran amilindən yararlanmalı idi.
Üstəlik, Tehran Zəngəzuru olduğu formada saxlamaqda maraqlı olan ölkədir. Köçəryan hesab edir ki, bu müddət ərzində Ermənistan ən azı Zəngəzurda İranla birgə təlimlərin iki mərhələsini keçirməli, həm də müqavilə bazası yaratmalı idi.

“Və bu, Azərbaycan üçün çəkindirici amil olardı, çünki İranın milli maraqlarından söhbət gedəndə Tehranla “barmaq silkələmək”lə danışmaq olmaz”, - Köçəryan bildirib.

Köçəryan bildirib ki, Ermənistanın KTMT-dən çıxması hakimiyyətin daha ​​bir axmaqlığı olardı.


“Təşkilat çərçivəsində silah-sursat alqı-satqısı nöqteyi-nəzərindən mühüm müqavilələr bağlanıb”, - deyə o izah edib.
 

"Bu təhlükəsizlik sisteminə yeni komponentlər əlavə etmək lazımdır. Siz bunu Rusiya tərəfinə izah edə və ya İranın iştirakı ilə üçtərəfli format yarada bilərsiniz, çünki bütün tərəflərin maraqları üst-üstə düşür", - Köçəryan bildirib.

Eks-prezident iddia edib ki, 2021-ci ilin mayında İran tərəfi müqavilə çərçivəsinin yaradılması ilə bağlı danışıqlar aparırdı, lakin Ermənistan hakimiyyəti onları dondurdu. Türkiyənin cilovlanmasına gəlincə, Köçəryan əmindir ki, bu gün nə Rusiya, nə ABŞ, nə də Fransa bunu edə bilməz. Eks-prezident əmindir ki, bu ölkələrin liderlərinin “milli maraqların qorunmasında ustad dərsi nümayiş etdirən” Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana heç bir təsiri yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq