Modern.az

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Ölkə

27 Avqust 2026, 18:47

Sabah Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, payız-qış mövsümünə hazırlıq işləri və aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında fasilə olacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var