Modern.az

Baş nazirin müavini siyasətdən gedir

Baş nazirin müavini siyasətdən gedir

Dünya

Bu gün, 17:43

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ən nüfuzlu nümayəndələrindən biri, Baş nazirin müavini Mamuka Mdinaradze siyasətdən getmək qərarına gəldiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Mdinaradze bu barədə avqustun 27-də hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.

48 yaşlı siyasətçinin sözlərinə görə, bu qərarı özü verib və son həftələr ərzində yekunlaşdırıb. O, açıqlamasından əvvəl Baş nazir İrakli Kobaxidze ilə uzunmüddətli görüş keçirib, cümə axşamı səhər isə “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə görüşüb.

“Mən vəzifəmi və ümumiyyətlə siyasəti tərk etmək qərarına gəlmişəm”, – deyə Mdinaradze bildirib.

O, siyasətdən getməsinin əsas səbəbini 10 illik siyasi fəaliyyətdən sonra yaranan yorğunluq və üzərindəki yüksək məsuliyyətlə əlaqələndirib:

"Kobaxidze və İvanişvilini qərarını qəbul etməyə inandırmağa çalışıb. Amma hazırda istirahətə ehtiyacım var. Həmkarlarıma təşəkkür edirəm və yalnız müstəsna hallarda – komandanın köməyimə ehtiyac duyduğu və başqa çıxış yolum olmadığı təqdirdə siyasətə qayıda biləcəm. Bundan sonra  bizneslə məşğul olmağı sınayacam.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!