"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
Saat
20:59
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki dörd rəqibi müəyyənləşib.
Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal" və "Mançester Yunayted"lə (hər ikisi İngiltərə) səfərdə qarşılaşacaq.
***
20:50
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki üçüncü rəqibi bəlli olub.
Modernaz-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Borussiya" (Dortmund, Almaniya) ilə üz-üzə gələcək.
Bu qarşılaşmada da Bakıda keçiriləcək.
***
20:44
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi bəlli olub.
Moder.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) ilə üz-üzə gələcək.
Sözügedən matç Bakıda keçiriləcək. Azərbaycan təmsilçisinin növbəti rəqibi"Arsenal" olub.
Bu qarşılaşma İngiltərədə keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.