Modern.az

Şagirdlərin dərsdə telefondan istifadasi qadağan edilir

Şagirdlərin dərsdə telefondan istifadasi qadağan edilir

Dünya

27 Avqust 2026, 16:28

Rusiyada 2026-cı il sentyabrın 1-dən şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsinə dair yeni tələblər qüvvəyə minəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Təhsil naziri Sergey Kravtsov məlumat verib.

“Dərslər zamanı şagirdlərə telefonlardan istifadə etmək qadağandır. Yalnız təhsilalanların və əməkdaşların həyatı və ya sağlamlığı üçün təhlükə yarandığı, eləcə də digər fövqəladə hallar zamanı istisnaya yol verilir. şagirdlər tənəffüs zamanı mobil telefon və digər qadcetlərdən istifadə edə biləcəklər”, – deyə Kravtsov bildirib.

Təhsil naziri bununla belə qeyd edib ki, tənəffüslərdə elektron cihazlardan istifadənin qaydaları konkret olaraq həmin təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...