Modern.az

Yoluxanların sayı açıqlandı - Ölənlər var

Yoluxanların sayı açıqlandı - Ölənlər var

25 Oktyabr 2022, 19:03

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 3 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, hazırda 340 aktiv xəstə var. İndiyədək 9940 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2483, ümumilikdə isə 7 309 540 test icra olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi