Modern.az

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

Təhsil

Bu gün, 22:00

2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində iştirak edən  Təhminə Əliyeva müsahibə prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

Modern.az xəbər verir ki, bu barədə o, AzEdu.az-a müsahibə verib.

“Gəncə Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasını bitirmişəm. Bu il ilk dəfə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak etmişəm. Gəncə şəhərində imtahan vermişəm. 

İmtahanım uğurlu keçib, 82,5 bal toplamışam. İndi müsahibədən çıxmışam və müsahibədən də, verilən suallardan da razı qalmışam. Ən əsası isə ünsiyyətdən çox razı qaldım.

Müsahibə prosesi tam şəffaf şəkildə həyata keçirildi. Müəllimlərin bizə münasibəti də çox rahatladıcı və müsbət oldu. Gülərüz və nəzakətli münasibət göstərdilər. 

Təbii ki, müəyyən qədər həyəcan var idi, amma komissiyanın münasibəti bu həyəcanı azaltmağa kömək etdi.Suallar əsasən ixtisasımızla bağlı idi. Həmçinin dərslər zamanı rastlaşa biləcəyimiz müxtəlif problemlərlə bağlı suallar verildi və belə vəziyyətlərə necə reaksiya verə biləcəyimiz soruşuldu. Ümumilikdə sualların məzmunundan razı qaldım. Mənə xüsusilə çətin və ya qeyri-ixtisasla bağlı fərqli bir sual verilmədi. Hamısından razı qaldım və düşünürəm ki, suallara yaxşı cavab vermişəm. İnşallah, nəticəm də müsbət olar.

Nəticəmi müsbət gözləyirəm. İnşallah, Tovuz rayonunda məktəbdə fəaliyyətə başlayacağam. Gələcək fəaliyyətimi Tovuz rayonunda davam etdirəcəyəm.

Ümumilikdə müsahibə mərhələsi məni qane etdi. Hər şeydən razı qaldım. Həyəcan, əlbəttə, oldu, amma bu normaldır. Lakin qeyd etdiyim kimi, müəllimlərin bizə münasibəti o qədər müsbət, rahat və gülərüz oldu ki, müsahibə zamanı həyəcanım da azaldı.

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərə tövsiyəm odur ki, müsahibəni gözlərində böyütməsinlər. Gərgin bir vəziyyət və ya gərgin bir mühit kimi təsəvvür etməsinlər. Çünki burada münasibət çox müsbətdir, hamı bizi çox nəzakətlə və gülərüz qarşılayır. Ona görə də namizədlərin özlərini əvvəlcədən gərginliyə salmasına heç bir əsas yoxdur. Rahat olsunlar, özlərinə güvənsinlər və müsahibəyə normal şəkildə yanaşsınlar".

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!