Modern.az

Bundan sonra Amerika gölü - TRAMP ADI DƏYİŞDİ

Bundan sonra Amerika gölü - TRAMP ADI DƏYİŞDİ

Dünya

27 Avqust 2026, 23:01

ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirildiyini açıqlayıb. Onun sözlərinə görə, qərar dərhal qüvvəyə minir.

Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

O, mətbuat nümayəndələrinin iştirakı ilə müvafiq sərəncamı imzalayıb.

“Ontario gölünün adını A merika gölü olaraq dəyişdiririk. Mən bu sərəncamı imzaladığım andan etibarən bu qərar dərhal qüvvəyə minir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, ad dəyişikliyi üçün bütün zəruri sənədlər artıq hazırlanıb.

“Bildiriş göndərilməli olan müxtəlif şəxsləri məlumatlandırdıq. Beləliklə, bütün lazımi tədbirləri gördük. Bu andan etibarən qərar rəsmidir”, – deyə Tramp əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!