Modern.az

Bakıda qəza ölümlə nəticələndi

Bakıda qəza ölümlə nəticələndi

Aktual

20 Noyabr 2022, 12:25

Bakı şəhərinin Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə əlaqədar xilasedici köməyə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri köməyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili səkiyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır