Modern.az

Manaf Ağayevin oğlu polisləri təhqir edib - RƏSMİ

Manaf Ağayevin oğlu polisləri təhqir edib - RƏSMİ

13 Mart 2023, 21:20

Bakı şəhər Dövlət Yol Polis İdarəsi müğənni Manaf Ağayevin oğlunun saxlanılmasına aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, İdarənin baş inspektoru Araz Əsgərli Müşfiq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.

 

Sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib.

 

Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib

 

Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb.

Bu xəbər ilə bağlı
Manaf Ağayevin oğlu həbs edildi
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir