Modern.az

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

23 Mart 2023, 00:13

Azərbaycanda Ramazan ayı başlayıb.

 

Modern.az xəbər verir ki, Ramazan ayının birinci günü miladi təqvimlə 2023-cü il martın 23-dür.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verərək bəyan edib ki, İdarənin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir.

 

Şəvval ayının 1-i (aprelin 21-i) Ramazan bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

 

1227809

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir