Modern.az

Türkiyədə 4,3 maqnitudalı ZƏLZƏLƏ

Türkiyədə 4,3 maqnitudalı ZƏLZƏLƏ

Aktual

Bu gün, 18:13

Türkiyənin Muğla vilayətində zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Datça rayonu yaxınlığında, Egey dənizində 4,3 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16:34-də qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 12,4 kilometr dərinlikdə olub. Təkanların ətraf ərazilərdə də hiss olunduğu bildirilir.

Dağıntı və ya xəsarətlə bağlı rəsmi məlumat açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı