Modern.az

“Neftçi” son turda qələbə qazandı

“Neftçi” son turda qələbə qazandı

İdman

Bu gün, 19:17

“Neftçi” Misli Premyer Liqasında cari mövsümün sonuncu – XXXIII turunun oyununa çıxıb.

Modern.az xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqəni daha əvvəl təmin etmiş “ağ-qaralar” səfərdə Gəncənin “Kəpəz” komandası ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Matçın ilk hissəsində qol səsi çıxmasa da, ikinci yarıya daha fəal başlayan qonaqlar 54-cü dəqiqədə Freddi Varqasın vurduğu qolla hesabı açıblar. Lakin paytaxt təmsilçisi görüşün 65-ci dəqiqəsində meydanda azlıqda qalıb – “Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Azlıqda qalmasına baxmayaraq, Yuri Vernidubun yetirmələri üstünlüyü qorumağı bacarıblar.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 59-a çatdıran “Neftçi” 2025/2026 mövsümünü dördüncü sırada tamamlayıb. “Kəpəz” isə mövsümü 27 xalla 10-cu – sonuncu pillədə başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı