Modern.az

Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır

Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır

Aktual

20 Aprel 2023, 11:46

Rusiyanın “Red Wings” aviaşirkəti Moskvadan Bakıya birbaşa uçuşlara başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkətin Mətbuat xidməti yayıb.

 

Moskvadan Bakıya uçuşlar mayın 4-dən başlayacaq və cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Moskvaya reyslərə isə mayın 5-i start veriləcək və həftənin bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

 

Uçuşun müddəti 3 saat 30 dəqiqə təşkil edəcək və 100 yerlik “SSJ 100” təyyarələri ilə həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et